Yerevan polisinə “Komissar Kattani” rəhbərlik edəcək


Dünya 24 Yan 2020 17:59:00 147 0

Yerevan polisinə “Komissar Kattani” rəhbərlik edəcək

Polis polkovniki Armen Qasparyan Yerevan Polis İdarəsinin rəisi təyin edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, müvafiq əmri Ermənistanın polis rəisi vəzifəsini icra edən Arman Sarkisyan verib.

Mənbənin sözlərinə görə, öz sahəsində mütəxəssis sayılan A.Qasparyan hüquq-mühafizə sistemində "Komissar Kattani" kimi tanınıb.

Yerevanın polis rəisi təyin olunmazdan əvvəl A.Qasparyan Tavuş regional polis idarəsinə rəhbərlik edib.