“Swiss Re” şirkəti ilə əməkdaşlıq Azərbaycanın sığorta bazarının inkişafına yardımçı olacaq - Ekspert


Digərləri 24 Yan 2020 17:55:09 130 0

“Swiss Re” şirkəti ilə əməkdaşlıq Azərbaycanın sığorta bazarının inkişafına yardımçı olacaq - Ekspert

Davosda “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşdə sığorta sahəsində bir sıra önəmli mövzular müzakirə olundu.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində Davosda “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşündə sığorta sahəsində bir sıra önəmli mövzular müzakirə olundu. Bunu Trend-ə politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, “Swiss Re” (Schweizerische Rückversicherungs-Gesellschaft AG) şirkəti təkrar sığorta sahəsində dünyanın ən aparıcı şirkətlərindən biridir və hazırda 30-dan çox ölkədə fəaliyyət göstərir. Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən son illərdə islahatlar nəticəsində sığorta sahəsinin inkişafı və təkmilləşdirilməsi üçün münbit şərait yaranıb: “Artıq dünyanın aparıcı sığorta və təkrar sığorta şirkətləri Azərbaycanın sığorta bazarında yer almağa can atırlar. “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti Prezident İlham Əliyevlə görüşdə ölkəmizdə həyata keçirilən islahatlarda iştirak etməyə, Azərbaycanın sığorta bazarının daha da inkişafına töhfə verməyə hazır olduqlarını bildirib.