Ağlagəlməz oğurluq üsulu kameralarda


Dünya 24 Yan 2020 17:44:00 93 0

Ağlagəlməz oğurluq üsulu kameralarda

Türkiyədə ağlagəlməz üsulla oğurluq hadisəsi həyata keçirmək istəyən şəxslər saxlanılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində qeydə alınıb.

Kadrlardan görünür ki, fəhlə geyimində olan bir neçə nəfər ekskavatorla və müxtəlif təchizatlarla gələrək yolları bağlayırlar. Onlar yeraltı naqilləri oğurlamağı planlaşdırıblar. Ancaq polis oğurluq etmək istəyənləri saxlayıb. Yoxlama zamanı onların təqdim etdikləri sənədin saxta olduğu ortaya çıxıb.

Baş verənlər müşahidə kamerası tərəfindən qeydə alınıb.