Cavad Rəhimzadə dodaqlarını tikdi


Dünya 24 Yan 2020 17:14:00 137 0

Cavad Rəhimzadə dodaqlarını tikdi

Güney Azərbaycanın Mərənd şəhərinin zindanında həbsdə yatan azərbaycanlı milli mədəni fəal Cavad Rəhimzadə dodaqlarını tikərək aclıq aksiyasına başlayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, o, məhbusların həbsxana rəisi tərəfindən təzyiqlərə məruz qalması, məhbuslara və görüş zamanı onların ailəsinə edilən hörmətsizliyə etiraz olaraq belə bir addım atıb.

Məlumata görə, həbsxana rəisi bu vəzifəyə təyin olunduğu gündən məhbuslara qarşı qeyri-insani rəftar edir.