Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsinə yeni kreditin ayrılması ilə bağlı hazırlıq işləri aparır


İqtisadiyyat 24 Yan 2020 16:41:22 185 0

Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsinə yeni kreditin ayrılması ilə bağlı hazırlıq işləri aparır

Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsinin həyata keçirilməsinə DB 50 miyon dollarlıq əlavə kredit ayıracaq

Azərbaycanda məhkəmə sisteminin islahatı layihəsinin həyata keçirilməsinə 50 miyon dollarlıq əlavə kredit ayıracaq Dünya Bankı (DB) layihənin detallı şəkildəhazırlanması ilə bağlı nümayəndə heyətini Bakıya ezam edib.

“Report”a DB-nın Bakı nümayəndəliyindən bildiriblər ki, nümayəndə heyətinə layihə rəhbəri Eva Melis başçılıq edir. Hazırda DB ekspertləri tərəfindən layihənin texniki müddəaları üzərində iş aparıldığı da qeyd olunub.

Ölkədə ədliyyə və məhkəmə sistemindəki islahatları dəstəkləmək məqsədilə Dünya Bankı Azərbaycana indiyədək üç kredit ayırıb. Onlardan birincisi 21,6 milyon dollar məbləğində 2006-cı ildə, ikincisi 33,4 milyon dollar məbləğində 2011-ci ildə, üçüncüsü isə 100 milyon dollar məbləğində olan kredit2014-cü ildə təsdiqlənib.

Sözügedən layihə çərçivəsində DB məhkəmə infrastrukturunun yenilənməsi, elektron xidmətlərinin inkişafı, mübahisələri həll etmək, sahibkarlıq fəaliyyətlərini yoxlamaq sahəsində daha səmərəli sistemin tətbiqi, məhkəmə sisteminin şəffaflaşdırılması, vətəndaşlara, o cümlədən məcburi köçkünlərə və ucqar bölgələrin sakinlərinə göstərilən hüquqi yardım xidmətlərinin təkmilləşdirilməsi kimi məsələlərdə yardım göstərilib.

Layihə üçün 50 milyon dollarlıq yeni kreditin bu il təsdiqlənəcəyi gözlənilir.

Bütövlükdə Azərbaycanla DB arasında 1995-ci ildən etibarən davam edən əməkdaşlıq çərçivəsindəbank tərəıfindən 41,586 mln dollar məbləğində 45 qrant və 50-dən artıq layihənin həyata keçirilməsi üçün 3 milyard dollardan artıq kreditlər ayrılıb.