"Könüllü qonaq" təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar FOTO


Digərləri 24 Yan 2020 16:49:00 120 0

"Könüllü qonaq" təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar  FOTO

Region gənclərimiz #konulluqonaq-la könülləri fəth etməyə davam edirlər.

Son.az bildirir ki, ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq" təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar.

Qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkən gənclər təmizlik işləri aparıb, həyətdə və bağda səliqə-sahman yaradıb, ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.