Energetika naziri və müavinləri vətəndaş qəbulu keçirib


İqtisadiyyat 24 Yan 2020 16:34:35 131 0

Energetika naziri və müavinləri vətəndaş qəbulu keçirib

​Energetika naziri və müavinləri vətəndaş qəbulu keçirib

Bu gün Energetika naziri Pərviz Şahbazov Siyəzən şəhərində, nazir müavini Samir Vəliyev Qobustanda, nazir müavini Elnur Soltanov isə Cəlilabadda vətəndaşları qəbul edib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşların qəbulu zamanı səsləndirilən müraciətlər yeni elektrik xətlərinin çəkilməsi, elektrik dirəklərinin qəzalı vəziyyəti, elektrik enerjisindən istifadəyə görə köhnə borcların silinməsi, elektrik qurğu və avadanlıqlarının yararsız halda olması, elektrik və qaz sayğaclarının quraşdırılması, təbii qaz təchizatı və digər məsələləri əhatə edib. Qəbullarda vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün tapşırıqlar verilib.

Qəbul zamanı Şabran və Xaçmaz rayonlarından gələn vətəndaşların da müraciətləri dinlənilib və həlli üçün lazımi göstərişlər verilib.

Ümumilikdə qəbullarda 17 vətəndaşın müraciətinə baxılıb.