Doqquzuncu mərtəbədən yıxıldı, ayağa qalxıb yoluna davam etdi


Dünya 24 Yan 2020 16:39:00 131 0

Doqquzuncu mərtəbədən yıxıldı, ayağa qalxıb yoluna davam etdi

Binanın doqquzuncu mərtəbəsindən yıxılan qadın ayağa qalxıb və yoluna davam edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı kadrlar "Yuqoriya" televiziyasında yayımlanıb.

Hadisə Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsində qeydə alınıb.

Kadrlardan görünür ki, qadın hündürlükdən qar yığının üstünə yıxılır. Bir neçə saniyədən sonra o, ayağa qalxaraq gedir.

Televiziya kanalının məlumatına görə, qadın bundan sonra qonşularına müraciət edərək onların təcili yardım çağırmasını istəyib.