Könül Nurullayeva Keşlə qəsəbəsində seçicilərlə görüşüb - VİDEO


Siyasət 24 Yan 2020 15:56:54 236 0

Könül Nurullayeva Keşlə qəsəbəsində seçicilərlə görüşüb - VİDEO

24 saylı Nizami birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Könül Nurullayeva bu gün seçki qərargahının üzvləri ilə Keşlə kənd məscidini ziyarət ed

24 saylı Nizami birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Könül Nurullayeva bu gün seçki qərargahının üzvləri ilə Keşlə kənd məscidini ziyarət edib.

"Report" xəbər verir ki, o, bu barədə“Facebook” hesabında məlumat paylaşıb

K.Nurullayevabildirib ki, hər bir nəcib işə başlarkən ağsaqqallardan, ağbirçəklərdən, böyüklərdən xeyir-dua almaq çox vacibdir:“Bilirsiniz ki, son 15 ildə Nizami birinci seçki dairəsinin deputatı SOCAR prezidenti Rövnəq Abdullayev olub.Rövnəq müəllimin deputat olaraq bu dairədə gördüyü işlərin sayı və keyfiyyəti olduqca böyükdür.Ona görə də təşviqata başlarkən onun da dəstəyini almaq mənim üçün çox vacib idi. Rövnəq müəllimdən xahiş etdim ki, bu gözəl gündə Keşlə məscidini birgə ziyarət edək, kənd ağsaqqalları ilə görüşək.Keşlədə çox səmimi keçən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı uğurlu siyasət və həyata keçirilən böyük islahatlardan danışdıq. Qəsəbə sakinlərinin suallarını dinlədik. Sakinlər onları düşündürən problemlərə toxundular və onların həlli ilə bağlı qarşıda duran məsələləri qaldırdılar”.

O deyib ki, qaldırılan bütün məsələlərin həllinin daima diqqətində olacağına söz verib:“Görüşlərimiz davamlı olacaq və seçki dairəmizin hər məntəqəsini əhatə edəcək”.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək