ÜST yeni koronavirusla bağlı bəyanat verdi: Yayıla bilər


Digərləri 24 Yan 2020 15:47:00 153 0

ÜST yeni koronavirusla bağlı bəyanat verdi: Yayıla bilər

ÜST Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin yeni koronavirus (2019-nCov) alovlanması ilə bağlı bəyanat verib.

Bakı. ÜST Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin yeni koronavirus (2019-nCov) alovlanması ilə bağlı bəyanat verib. Təşkilatdan Trend-ə verilən məlumata görə, ÜST-nin Baş direktoru Çin Xalq Respublikasında meydana çıxan, Koreya Respublikası, Yaponiya, Tayland və Sinqapura yayılan yeni koronavirus alovlanması ilə bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsini çağırıb. 23 yanvar tarixində, Çin Xalq Respublikası, Yaponiya, Tayland və Koreya Respublikasının səhiyyə nazirliklərinin nümayəndələri komitəyə ölkələrindəki son vəziyyətlə bağlı məlumat veriblər. Çində müraciət hallarının sayının artması bildirilib və onlardan 557 nəfərdə yoluxma halı qeydə alınıb. Çin hökümətinin təqdim etdiyi yeni epidemioloji məlumat, yoluxma və şübhəli halların, yoluxmuş əyalətlərin sayının artdığını, və hazırda qeydə alınmış hadisələrdən 4%-nin (557-dən 17-si) ölümlə nəticələndiyini aşkarlayıb. Virusun insandan insana ötürülməsi qeydə alınıb və reproduktivlik dərəcəsi 1,4-2,5 kimi təqdim olunub. Çoxalma hadisəsi yalnız bir səhiyyə müəssisəsində müşahidə olunub. Qeydə alınmış halların 25%-nin ağır dərəcədə olduğu bildirilir. Xəstəliyin mənbəyi hələ də məlum deyil (daha çox, heyvan mənşəli olması ehtimal edilir) və insandan insana ötürülməsinin nisbəti hələ ki müəyyənləşməyib.