SOCAR NAMA layihəsi çərçivəsində görülən tədbirləri AÇIQLADI


Digərləri 24 Yan 2020 15:19:00 119 0

SOCAR NAMA layihəsi çərçivəsində görülən tədbirləri AÇIQLADI

SOCAR ilə BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında 26 fevral 2015-ci il tarixində "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları" (NAMA) üzrə müqavilə imzalanmışdır.

NAMA layihəsi üç komponentdən ibarətdir:

• SOCAR-da Yaşıl Bina Proqramı • SOCAR-da Dayanıqlı Nəqliyyat Sistemi • Səmt qazlarının tutulması.

Son.az xəbər verir ki, SOCAR-dan Trend-ə verilən məlumata görə, şirkətdə "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı (NAMA)" layihəsi çərçivəsində aşağıdakı konfrans və seminarlar keçirilib:

• "Binalarda enerji sərfiyyatı/istilik hasilatı: yeni binalarda enerjinin səmərəli tərtibatı, ictimai iaşə və yaşayış binalarında modifikasiya işləri" mövzusunda təlim-seminar;

• Azərbaycanda karbon emissiyalarının (CO2) azaldılmasına dair tədbirlərə həsr olunan elmi-texniki konfrans;

• "Müxtəlif enerji istehlakı sektorlarında enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsində effektiv siyasət və proqramlar üzrə məlumatlılığın artırılması və biliklərin paylaşılması" mövzusunda seminar.

SOCAR-da Yaşıl Bina Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər:

"Kimyaçı" mədəniyyət sarayında - alternativ enerji mənbələrindən istifadə və enerji səmərəliliyini artırılması məqsədilə, 23 kVt olan günəş panellərinin quraşdırılması həyata keçirilib, binanın tavanında 1200 m2-lik sahəyə istilik-izolyasiya materialı çəkilib.

SOCAR-ın "Eko-Park" inzibati binasında, Eİ-nin Tullantıların İdarə Edilməsi Mərkəzinin inzibati və məişət binalarının üz qatı və tavanı daş yun materialla izolyasiya edilib, binaların üz qatına istiləşdirici panellər yapışdırılıb. Bundan əlavə, binalarda istilik itkisinin qarşısının alınması məqsədi ilə pəncərələr kipləşdirilmişdir. Tədbirlər nəticəsində 30-40%-ə qədər enerji qənaətinə nail olunması planlaşdırılır. Layihə çərçivəsində SOCAR-ın Tullantıların İdarə Edilməsi Mərkəzinin (TİEM) ərazisində ümumi gücü 15.36 kW olan 60 ədəd günəş paneli və hər birinin gücü 4kW olmaqla ümumi gücü 24kW olan şaquli külək generatorları quraşdırılmışdır.

SOCAR-da Dayanıqlı Nəqliyyat Sistemi çərçivəsində həyata keçirilmiş tədbirlər: