Yol qəzasında xəsarət alan şagirdlər özəl klinikaya köçürüldü
Digərləri 24 Yan 2020 15:09:00 144 0
Təhsil Nazirliyinin nümayəndələri avtomobilin vurması nəticəsində ağır xəsarət alan şagirdlərə baş çəkib.
Son.az Trend-ə istinadən xəbər verir ki, məktəbə gedərkən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı minik avtomobili vurub.
Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb:
"Hazırda şagirdlər müalicələrini "Bakı City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".
Mənbə: milli.az