Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb FOTO
Siyasət 24 Yan 2020 14:12:00 93 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Equinor" şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə "Qarabağ" yatağı layihəsi müzakirə olundu. "Equinor" şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd etdi.
Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparıldı.
Mənbə: milli.az