“Mercedes”in vurduğu piyada xəstəxanada öldü


Digərləri 24 Yan 2020 14:29:29 129 0

“Mercedes”in vurduğu piyada xəstəxanada öldü

Paytaxtın Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Paytaxtın Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, yanvarın 23-də saat 19 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Masallı rayon sakini Y.Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İbadət Mahmudovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.