AzərbaycanFransa Ticarət və Sənaye Palatası ölkələr arasında münasibətlərin inkişafını hədəfləyir


Siyasət 24 Yan 2020 14:19:00 127 0

AzərbaycanFransa Ticarət və Sənaye Palatası ölkələr arasında münasibətlərin inkişafını hədəfləyir

"Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının əsas məqsədi iki ölkə arasında qarşılıqlı iqtisadi əməkdaşlıq və dostluq münasibətlərinin inkişafıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Palatanın direktoru Zibər Hüseynova Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının işgüzar görüşü zamanı deyib.

O qeyd edib ki, palatanın məlumatlandırıcı və maarifləndirici rolu həm buraya daxil olan şirkətlər, həm də geniş biznes ictimaiyyətinə təsir göstərir.

Direktor əlavə edib ki, palata tərəfindən hər ay aktual məsələlərə yönələn rəsmi tədbirlər təşkil olunur və bu tədbirlərdə palatanın üzv şirkətlərinə biznesin öz platforması vasitəsilə inkişafında kömək göstərilir.