Azrəbaycan Prezidenti Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)


Digərləri 24 Yan 2020 14:10:00 109 0

Azrəbaycan Prezidenti Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. Trend-in məlumatına görə, görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olundu. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd etdi. Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparıldı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin