Azərbaycan Premyer Liqası: Mövsümün ikinci yarısı yenə eyni oyunla başlayacaq


Sosial 24 Yan 2020 13:29:35 124 0

Azərbaycan Premyer Liqası: Mövsümün ikinci yarısı yenə eyni oyunla başlayacaq

İki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq

Futbol üzrə AzərbaycanPremyer Liqasında XV turun oyun cədvəli məlum olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, açılış oyunu ötən mövsümün ikinci yarısındakı kimi, "Zirə" və "Sabah" arasında keçiriləcək. İkigünü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

1 fevral (şənbə)

15:00. “Zirə” – “Sabah”

Zirə İdman Kompleksinin stadionu

17:30. “Neftçi” – “Sumqayıt”

“Bakcell Arena”

2 fevral (bazar)

15:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu

17:30. “Səbail” – “Qarabağ”

“ASCO Arena”.