Bağdadda ABŞ-a qarşı kütləvi nümayiş keçirilir


Dünya 24 Yan 2020 13:35:01 115 0

Bağdadda ABŞ-a qarşı kütləvi nümayiş keçirilir

Bağdadda ABŞ-ın ölkədəki hərbi varlığına qarşı kütləvi etiraz yürüşü keçirilir.

Bağdadda ABŞ-ın ölkədəki hərbi varlığına qarşı kütləvi etiraz yürüşü keçirilir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, nümayişçilər ABŞ hərbi qüvvələrini ölkədən çıxarmağı tələb edən şüarlar səsləndirir, plakatlar daşıyırlar. “Milyon nəfərlik marş” deyilən nümayişdə ölkənin bir çox şəhərlərindən, o cümlədən Kərbəladan gələnlər də iştirak edirlər.

“Reutersin” xəbərinə görə, hələ ötən gün paytaxtın müxtəlif yerlərində yoxlama məntəqələri qurulmuşdu.

Qeyd edək ki, ABŞ hərbi qüvvələri tərəfindən İraqXalq Səfərbərlik Qüvvələrinin (XSQ)“Əl-Haşd əş-Şaabi” qruplaşması komandirinin müavini Əbu Mehdi əl-Mühəndisinvəİran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymanininhəlak olduqları əməliyyatdan 2 günsonra,yanvarın 5-dəİraq parlamenti bütün ABŞ qüvvələrinin ölkədən çıxarılmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib.

Ötən həftə isə ölkənin nüfuzlu şiə ruhani liderlərindən Müqtəda əl Sədr də bütün iraqlıları “Amerikanın varlığına və təczvüzkarlığına qarşı etiraz olaraq milyon nəfərlik dinc, həmrəy nümayiş” keçirməyə çağırıb. Dünən isə Sədr “Twitter” vasitəsilə iraqlıları səfərbər olaraq ölkənin müstəqilliyini, suverenliyini müdafiə etməyə, “tiranlar”a qarşı müqavimətə çağırıb.

ABŞ əleyhdarı olan XSQ-yə daxil olan“Əsaibu Əhli Əl-Həqq” Hərəkatının baş katibi Qeys əl Xəzəli “Milyon nəfərlik marş”ı 1920-ci il Böyük İraq İnqilabından bir əsr sonra “ikinci İraq inqilabı” deyə səciyyələndirib.

Qeyd edək ki, həmin vaxt İraqda Böyük Britaniya işğalına qarşı kütləvi etiraz nümayişləri keçirilmişdi.