Koronavirusun yayıldığı şəhərdə insanlar anidən yerə yıxılırlar


Dünya 24 Yan 2020 12:59:00 112 0

Koronavirusun yayıldığı şəhərdə insanlar anidən yerə yıxılırlar

Sosial şəbəkələrdə yayılan görüntülər dəhşətə gətirir.

Son.az haberler-ə istinadla xəbər verir ki, kadrların ölümcül xəstəlik yayılan Uxan şəhərinin küçələrində çəkildiyi iddia olunur.

Görüntülərdə şəhərin bir neçə küçəsində yerdə huşsuz vəziyyətdə uzanan insanlar əks olunub.

İddialara görə, həmin ərazidə bu virusa yoluxan şəxslər huşunu itirərək yıxılırlar.

Qeyd edək ki, sözügdən xəstəlik artıq 900-a yaxın insana yoluxub. Koronavirusdan ölənlərin sayı 26-ya çatıb. Xəstəliyin ilk dəfə yayıldığı Uxan başda olmaqla, digər 5 şəhərə giriş-çıxış məhdudlaşdırılıb.