Bakıda daha 2 ASAN xidmət mərkəzinin tikintisinə başlandı


Digərləri 24 Yan 2020 12:12:00 89 0

Bakıda daha 2 ASAN xidmət mərkəzinin tikintisinə başlandı

Bakı şəhərində daha 2 ASAN xidmət mərkəzi inşa edilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkədə16 ASAN xidmət mərkəzi fəaliyyət göstərir:

"Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. ​Bu il Tovuz, Ağcabədi, Kürdəmir və Balakəndə ASAN xidmət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır.

​Prezident İlham Əliyev Bakı şəhərində iki, Sumqayıtda bir yeni, həmçinin Naxçıvanda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb".