Paytaxtda axşam saatlarında sulu qar yağacaq - qısamüddətli olacaq


Digərləri 24 Yan 2020 12:37:45 124 0

Paytaxtda axşam saatlarında sulu qar yağacaq - qısamüddətli olacaq

Qar örtüyü uzunmüddətli olmayacaq

Bakı. Samir Əli Bakıda axşam saatlarında sulu qar yağsa da qısa müddətli olacaq. Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, yağıntıya baxmayaraq Bakıda qar örtüyü əmələ gəlməyəcək: "Quba, Xaçmaz, Lənkəran, Lerik, Zaqatala, Balakən, Naxçıvanda və digər dağlıq ərazidə qar örtüyü yaranacaq. Amma qar örtüyü uzunmüddətli olmayacaq. Bu il qış daha mülayım keçir. Yağıntı miqdarı da azdır".