ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO)


Digərləri 24 Yan 2020 11:27:29 114 0

ASK ilə “Bloomberg L.P” şirkətinin nümayəndə heyətləri görüşüb (FOTO)

“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə ABŞ-ın Bloomberg L.P” şirkətinin nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

Bakı. “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə ABŞ-ın “Bloomberg L.P” şirkətinin nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. Görüşdə şirkətin London nümayəndəliyinin və Korporasiyanın Maliyyə departamenti, Strateji İnkişaf və Kommersiya departamenti, eləcə də “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC-nin əməkdaşları iştirak ediblər. Maliyyə və biznes məlumatları sahəsində dünyanın ən böyük media konqlomeratı olan “Bloomberg L.P” şirkətinin nümayəndələri şirkətin fəaliyyəti, göstərdiyi xidmətlər haqqında, həmçinin qabaqcıl texnologiyalara əsaslanan “Bloomberg Terminalı”, bu terminal vasitəsilə dünya maliyyə bazarları və əmtəə birjalarında kotirovka olunan maliyyə alətləri və məhsulları barəsində ətraflı məlumat veriblər.