Azərbaycanda koronavirusun qarşısı necə alınır?


Digərləri 24 Yan 2020 10:44:00 128 0

Azərbaycanda koronavirusun qarşısı necə alınır?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın ölkədə koronavirusla bağlı yayılma hallarının olmaması üçün gördüyü işləri qiymətləndirib.

Son.az xəbər verir ki, ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Trend-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan ölkə ərazisində yoluxucu xəstəliklərin monitorinqi üçün nəzarət sistemini gücləndirir. Bu fəaliyyətlərə laboratoriya və diaqnostika imkanlarının gücləndirilməsi daxildir: "Bu yaxınlarda Taun Əleyhinə Stansiyadakı iki laboratoriyanın ÜST-nin sertifikasiya tələblərinə cavab verdiyi təsdiqlənib. Hər bir səhiyyə sisteminin təkmilləşdirilməyə ehtiyacı var və Azərbaycan bu sahənin inkişafı üzərində çalışır".

H.Harmancı qeyd edib ki, Azərbaycanda bu xəstəliyə yoluxma halı qeydə alınmayıb.

Onun sözlərinə görə, ÜST-nin məlumatına əsasən, bu xəstəlik halları hazırda yalnız Çin, Yaponiya, Sinqapur, Tailand, Tayvan və Koreya Respublikasında müşahidə olunur. Amerika Birləşmiş Ştatlarının səhiyyə qurumları Vaşinqton ştatında bu xəstəliyin qeydə alındığını təsdiq edib.

H.Harmancı əlavə edib ki, virusun mənbəyi naməlumdur. İlkin tədqiqatlar bu alovlanmanın virusun heyvandan insana ötürülməsi ilə baş vermə ehtimalının böyük olduğunu göstərir.

ÜST rəsmisi bildirib ki, xəstəlik heyvanlarla təmasla, korlanmış qidalar vasitəsilə, yaxud da insandan insana ötürülə bilir: