XİN: Çexiya Azərbaycana ixrac və investisiyaları artırmaq niyyətindədir


Digərləri 24 Yan 2020 10:11:19 119 0

XİN: Çexiya Azərbaycana ixrac və investisiyaları artırmaq niyyətindədir

Çexiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. Ləman Zeynalova - Çexiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək, xüsusilə də Azərbaycana ixrac və investisiyaları artırmaq niyyətindədir. Bunu Trend-ə müsahibəsində Çexiyanın Xarici İşlər naziri Tomaş Petrşiçek deyib. O bildirib ki, yeni layihələrin işə düşməsi üçün imkanlar birgə komissiyanın iclasında yarana bilər: “Ümid edirik ki, komissiyanın iclası yaxın zamanlarda baş tutacaq. İqtisadi əməkdaşlıq Milli Məclisin yeni seçiləcək deputatları ilə çexiyalı həmkarları arasında da müzakirə oluna bilər. Çünki Çexiya Deputatlar Palatasının İqtisadi komitəsi bu il Azərbaycana səfər etməkdə maraqlıdır”. Nazir qeyd edib ki, Çexiya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqları dəstəkləyir. T.Petrşiçek əlavə edib ki, 2020-ci ildə ölkələr Çexiyanın Bakıdakı səfirliyinin açılmasının 10 illiyini və Bakıda iki ölkə prezidentləri arasında imzalanmış Strateji tərəfdaşlıq barədə birgə bəyannamənin 5 illiyini qeyd edəcək.