Azərbaycan ekoloji proqramları dövlət səviyyəsində həyata keçirir - Ukraynalı ekoloq


Digərləri 24 Yan 2020 10:03:00 124 0

Azərbaycan ekoloji proqramları dövlət səviyyəsində həyata keçirir - Ukraynalı ekoloq

Bakı regionun mərkəzi sayılır, belə ki, burada mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir

Bakı. Hüseyn Səfərov - Azərbaycan təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərə əhəmiyyətli dərəcədə yanaşan ölkələrdən biridir. Bunu Trend-ə "Ekologiya-Hüquq-İnsan" proqramının və digər mühüm ekoloji layihələrin rəhbəri, ukraynalı ekspert Anna Xomeçko deyib. O qeyd edib ki, Ukrayna Azərbaycan tərəfindən ətraf mühitin qorunması istiqamətində atılan addımları diqqətlə izləyir: "Biz görürük ki, dövlət başçısı ekoloji vəziyyətin idarə olunması ilə bağlı mühüm layihələrin həyata keçirilməsini nəzarətdə saxlayır. Məqsəd Azərbaycanda ətraf mühitin mühafizəsinin yüksək səviyyədə təmin edilməsidir. Bu isə ondan xəbər veirr ki, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyev bütün çıxışlarında alternativ enerji mənbələrinin istifadəsi imkanlarının genişləndirilməsinə nəzər yetirir. Bildiyim qədər, bu məsələ ölkənin sosial-iqtisadi inkişafının prioritetlərindən biridir. Dövlət ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə müvafiq qurumlar qarşısında geniş imkanlar yaradır. Bu isə sevindirici haldır". A.Xomeçko qeyd edib ki, bügünkü gün Azərbaycan ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq konvensiyaları dəstəkləyir: