Tramp Netanyahunu yanvarın 28i qəbul edəcək


Dünya 24 Yan 2020 08:27:00 97 0

Tramp Netanyahunu yanvarın 28i qəbul edəcək

ABŞ prezidenti Donald Tramp yanvarın 28-i İsrailin baş naziri Binyamin Netanyahu və müxalifət blokunun lideri Beni Qantsı Ağ Evdə qəbul edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "ABŞ prezidenti Donald Tramp yanvarın 28-i Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək. Beni Qants həmçinin prezidentin Vaşinqtona dəvətini qəbul edib. ABŞ-ı və İsraili yaxın tərəfdaşlıq bağlayır. Baş nazirin səfəri təhlükəsizlik sahəsində ümumi regional və milli maraqları müzakirə etmək üçün bir imkandır".