İngiltərə Premyer Liqası: "Liverpul" dan daha bir qələbə


Digərləri 24 Yan 2020 07:05:40 113 0

İngiltərə Premyer Liqası: "Liverpul" dan daha bir qələbə

Bu gün İngiltərə Premyer Liqasının 24-cü turunun son oyunu keçirilib

Bakı. Bu gün İngiltərə Premyer Liqasının 24-cü turunun son oyunu keçirilib. Trend-in məlumatına görə, turnir cədvəlinə liderlik edən "Liverpul" "Vulverhempton"un qonağı olub. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Liverpul"un heyətində qolları C.Henderson (8-ci dəqiqə) və R.Firmino (84-cü dəqiqə), ev sahibi komandasının heyətində isə R.Ximenes (51-ci dəqiqə) vurublar. Qeyd edək ki, "Liverpul" 24 turun nəticələrinə əsasən 67 xalla turnir cədvəlinə liderlik edir. Onun ən yaxın izləyicisi olan "Mançester Siti"nin 51 xalı var.