Bu ölkədə əhalinin sayı azalmaqda davam edir


Dünya 24 Yan 2020 04:30:00 96 0

Bu ölkədə əhalinin sayı azalmaqda davam edir

İtaliyada doğulan körpələrin sayı sürətlə azalmaqda davam edir.

Son.az bildirir ki, AZƏRTAC İtaliyanın Milli Statistika İnstitutunun göstəricilərinə əsasən xəbər verir ki, 2018-ci ildə bu ölkədə 439 min 747 uşaq doğulub. Qeyd olunur ki, bu rəqəm ötən illərdəkindən az qala 2 dəfə azdır. Doğulanlar əsasən ailənin ikinci uşaqlarıdır. Gənc ailələrin bir çoxu isə uşaq sahibi olmaq istəmirlər.

İtaliyada hər qadın ortalama 1,29 uşaq dünyaya gətirir. Qadınlar daha gec yaşlarda ana olmaq qərarı verdikləri üçün bir övladla kifayətlənməyi üstün tuturlar. Bütün bunlar isə dünyada italyanların sayının azalması ilə nəticələnə bilər.