Tramp Netanyahunu yanvarın 28-i qəbul edəcək


Digərləri 24 Yan 2020 04:17:00 96 0

Tramp Netanyahunu yanvarın 28-i qəbul edəcək

ABŞ prezidenti Donald Tramp yanvarın 28-i İsrailin baş naziri Binyamin Netanyahu və müxalifət blokunun lideri Beni Qantsı Ağ Evdə qəbul edəcək

Bakı. ABŞ prezidenti Donald Tramp yanvarın 28-i İsrailin baş naziri Binyamin Netanyahu və müxalifət blokunun lideri Beni Qantsı Ağ Evdə qəbul edəcək. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir: "ABŞ prezidenti Donald Tramp yanvarın 28-i Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək. Beni Qants həmçinin prezidentin Vaşinqtona dəvətini qəbul edib. ABŞ-ı və İsraili yaxın tərəfdaşlıq bağlayır. Baş nazirin səfəri təhlükəsizlik sahəsində ümumi regional və milli maraqları müzakirə etmək üçün bir imkandır".