Stoltenberq: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir”


Dünya 24 Yan 2020 03:43:07 113 0

Stoltenberq: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir”

​Stoltenberq: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir”

“Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir”

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Biz Şimali Atlantika Alyansının fəaliyyətində Türkiyənin iştirakının əhəmiyyətini dərk etməliyik", - Stoltenberq deyib. NATO baş katibi xatırladıb ki, alyans Suriya və İraqla həmsərhəd olan Türkiyənin imkanlarından və bazalarından istifadə edir.

Baş katibin sözlərinə görə,Rusiyanın S-400 raketləri məsələsi problemlərdən biri kimi qalmaqda davam edir. NATO bunu həll etməlidir.

Stoltenberq alyans rəhbərliyinin ZRK S-400-lərin Türkiyəyə çatdırılması müqaviləsi üzrə ziddiyyətlərin aradan qaldırmasına töhfə verməyə hazır olduğunu vurğulayıb.Onun sözlərinə görə, NATO nümayəndələri bu məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət başçısı Donald Trampla müzakirə ediblər.