Arxeoloqlar 17 min yaşı olan DAŞ TAPDILAR


Digərləri 24 Yan 2020 03:30:00 146 0

Arxeoloqlar 17 min yaşı olan DAŞ TAPDILAR

Malayziyanın Şimalında yerləşən Kedah əyalətində 17 min yaşı olan daş əşyalar tapılıb.

Son.az xəbər verir ki, Malayziyanın Balinq bölgəsində Kelambu, Tembus, Akar mağaralarında keçən ildən bəri aparılan arxeoloji qazıntılar nəticəsində qədimi əşyalar tapılıb. Daşdan düzəldilən əşyalara ilk dəfə nəzər salan arxeoloqlar təxmin edirlər ki, tapdıqları daşların 17 min yaşı var. Üstəlik qazıntı aparan arxeoloqlar bildiriblər ki, fevral ayında yeni qədimi əşyaların tapılacağı təxmin edilib. Tapılan əşyalar daha dəqiq tədqiq edilmək üçün Malayziya universitetinin geologiya fakültəsinə göndərilib. (ölkə.az)