Dünyanın ən bahalı markaları açıqlandı SİYAHI


Digərləri 24 Yan 2020 01:30:00 160 0

Dünyanın ən bahalı markaları açıqlandı  SİYAHI

Dünyanın ən bahalı markaları ilə bağlı araşdırma başa çatıb.

Son.az xəbər verir ki, Beynəlxalq marka qiymətləndirmə qurumu olan "Brand Finance"-ın "Dünyanın ən bahalı 500 markası" adlı araşdırması yayımlanıb.

Dünyanın ən bahalı markası kimi 1-ci yerdə 220.8 milyard dollar dəyəri olan "Amazon" şirkəti qərarlaşıb. 2-ci və 3-cü yerləri isə 160 milyard dollarla "Google", 141 milyard dollarla "Apple" şirkətləri paylaşıb.

Adıçəkilən siyahıda ABŞ-ın "Microsoft" şirkəti 117 milyard dollarla 4-cü, Cənubi Koreyanın "Samsung" şirkəti 94.5 milyard dollarla 5-ci, Çinin "ICBC" şirkəti 80.8 milyard dollarla 6-cı, ABŞ-ın "Facebook" şirkəti 79.8 milyard dollarla 7-ci, "Walmart" şirkəti 77.5 milyard dollarla 8-ci,Çinin "Ping An" şirkəti 69 milyard dollarla 9-cu və "Huawei" şirkəti isə 10-cu yerdədir.