Pens Netanyahunu Ağ Evə dəvət edib


Digərləri 24 Yan 2020 00:35:00 166 0

Pens Netanyahunu Ağ Evə dəvət edib

ABŞ vitse-prezidenti Mayk Pens İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evə dəvət edib

Bakı. ABŞ vitse-prezidenti Mayk Pens İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evə dəvət edib. Trend-in "RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə M.Pens ABŞ-ın Yerusəlimdəki paytaxtında B.Netanyahu ilə görüşü zamanı bildirib. M.Pens deyib: "Prezident D.Tramp regional problemləri, o cümlədən burada, Müqəddəs torpaqda sülhün yollarını müzakirə etmək üçün baş nazir B.Netanyahunu gələn həftə Ağ Evə dəvət etməyimi istədi".