Feysbuka yeməyin şəklini göstər, reseptini desin


Digərləri 23 Yan 2020 23:50:00 431 0

Feysbuka yeməyin şəklini göstər, reseptini desin

Feysbuk mütəxəssisləri yeməyin şəkilləri üzərindən reseptlərini müəyyən edə biləcək süni intellekt sistemini hazırlayıblar.

Son.az ted.az-a istinadən bildirir ki, bu sistem şəkli olan yeməyin reseptini bir neçə saniyədə istifadəçilərə təqdim edir.

Fotoların təhlili nəticəsində sistem yeməkdə  istifadə olunacaq məhsulların siyahısını və hazırlama qaydasını göstərir.

Bu sistem məlumat üçün kompüter görmə qabiliyyətindən istifadə edir. Proqramda iki sinir şəbəkəsi işləyir: biri məhsulları seçir, ikincisi isə hazırlama qaydasını müəyyənləşdirir.