5G dəstəyi ilə yeni Apple iPad planşeti hazırlanır


Digərləri 23 Yan 2020 23:40:00 164 0

5G dəstəyi ilə yeni Apple iPad planşeti hazırlanır

Amerikanın Apple şirkəti hələ 2019-cu ilin payızında yeni iPad planşetinin buraxılacağını anons etmişdi və onun əsas xüsusiyyəti 5G texnologiyasının tətbiqidir.

Son.az ted.az-a istinadən bildirir ki, ekspertlər, həmçinin bu devaysın yeni iPhone 12 smartfonunun debütü ilə demək olar ki, eyni vaxtda peyda olacağını vurğulayıblar. Amerika brendinin nümayəndələri ictimaiyyətə, həmçinin iPad Pro xəttinin təkmilləşdirilmiş planşetlərini təqdim etmək niyyətindədirlər.

Mütəxəssislər yeni cihazın əvvəllər texnikada istifadə edilməmiş innovativ texnologiyalar və seçimlər əldə edəcəyini də anons ediblər. Daha dəqiq xüsusiyyətlər Apple tərəfindən təşkil ediləcək debüt çərçivəsində səslənəcək, lakin tədbirin dəqiq tarixi hələ də açıqlanmır.