Google Chromeun yeni funksiyası mobil istifadəçilər üçün çox faydalı olacaq


Digərləri 23 Yan 2020 23:45:00 143 0

Google Chromeun yeni funksiyası mobil istifadəçilər üçün çox faydalı olacaq

Google şirkəti Chrome brauzerinin yeni funksiyasını sınaqdan keçirir.

Son.az ted.az-a istinadən bildirir ki, yeni funksiya Android əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulub.

"Suggest to close Tabs" adlandırılan funksiya istifadəçilərə açıq qalan, lakin istifadə edilməyən artıq səhifə və proqramları bağlamağı məsləhət görür.

Yeni funksiya "Chrome Canary"nin 81 nömrəli eksperimental quruluşunu, həmçinin xüsusi bayraq chrome: //flags "Chrome 79"un stabil quruluşunu aktivləşdirdikdən sonra işə düşür.

Funksiya işə salındıqdan sonra, o, aktivləşir və "Chrome"da hansı səhifə nə zaman açıldığı və ən son nə vaxt istifadə olunduğu halları təhlil edir.