Boeing 737 Maxın yaxın zamanlarda xidmətə geri dönmə etimalı var


Digərləri 23 Yan 2020 23:20:00 125 0

Boeing 737 Maxın yaxın zamanlarda xidmətə geri dönmə etimalı var

ABŞ-ın nəhəng təyyarə istehsalçısı Boeing təyyarənin qəzaya səbəb olan proqram problemini həll etdiklərini və yeniliklər olunduğunu açıqlayıb. Ancaq indi şirkətdən gələn xəbərlər yeni proqramın sınaq mərhələsinin gözlənilən uğura çatmadığını göstərir.

Son.az ted.az-a istinadən bildirir ki, ABŞ Federal Aviasiya Təşkilatı bu təyyarələrin havaya qalxması üçün yenidən icazə verməlidir. Ancaq ABŞ Federal Aviasiya Təşkilatı icazə vermək məsələsində istəksiz görünür və proqramı ətraflı öyrənmək üçün vaxtı uzadır.

Bu, o deməkdir ki, milyardlarla dollarlıq Boeing 737 Max təyyarələri olan nəhəng aviaşirkətlər aylarla hava gəmilərini anbarda saxlayacaqlar.

Nəhəng təyyarə istehsalçısının təhlükəsiz proqram təminatı yaratma və sınamaq qabiliyyətini şübhə altına alan bu problem səbəbi ilə Boeing markasının risk altında olduğu görünür.