Məşhur rus həkimdən “antixərçəng” çay–


Digərləri 23 Yan 2020 23:25:00 162 0

Məşhur rus həkimdən “antixərçəng” çay–

Həkim və teleaparıcı Yelena Malışeva onkoloji xəstəliklərə qarşı effektiv hesab etdiyi sadə bir çay reseptini açıqlayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, cox zaman alternativ təbabət və türkəçarələ qarşı çıxan Malışeva bu dəfə özünün də içdiyi maraqlı çay reseptini paylaşıb.

"Jit zdorovo" verilişində o çayın hazırlanmasını belə izah edib:

Yaxşı keyfiyyətli yaşıl çay, sarıkök və zəncəfil tərkibli çay düzgün hazırlanmalıdır. 200 qr yaşıl çaya 15 mq sarıkök, 25 mq qara üyüdülmüş istiot, 2 qr zəncəfil götürülür.

Əvvəlcə çay dəmlənilir, 60 dərəcəyə kimi soyudulanda digərləri əlavə olunur. Gün ərzində içilir. Malışeva bildirib ki, yaşıl çayda olan epiqallokatexin 3 qallat xərçəng yaradan zülalı blok edir, onun çoxalmasının qarşısını alır.