Mütəxəssis Tesla Cybertruck istehsalının maya dəyərini hesabladı


Digərləri 23 Yan 2020 22:40:00 156 0

Mütəxəssis Tesla Cybertruck istehsalının maya dəyərini hesabladı

Ötən ilin noyabr ayının sonunda Tesla şirkətinin Cybertruck adlı ilk elektrik pikapı təqdim edildi.

Son.az ted.az-a istinadən bildirir ki, mütəxəssislər Cybertruck-ın maya dəyərini hesablayıblar. Onlar əmindirlər ki, Cybertruck-ın belə qeyri-adi görünüşə malik olması təsadüfi deyil. Bununla Tesla istehsal zamanı milyonlarla dollara qənaət etmiş olacaq.

Ekspertlərin fikrincə, Tesla Cybertruck kuzanın istehsal texnologiyası klassik bir avtomobilin istehsal prosesindən xeyli aşağıdır. Xüsusi "ekzoskeletə" əsaslanan platforma və paslanmayan ultratin poladdan istifadə istehsal xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Beləliklə, mütəxəssislərin sözlərinə görə, 50 min Ford F-150-nin istehsalı şirkətə 210 milyon dollara başa gələcəksə, eyni sayda Cybertruckın istehsalına Tesla büdcəsindən cəmi 30 milyon dollar ayrılacaq.