Xiaomi şirkəti qeyriadi dizaynlı mexaniki Bluetooth klaviatura təqdim edib


Digərləri 23 Yan 2020 22:15:00 107 0

Xiaomi şirkəti qeyriadi dizaynlı mexaniki Bluetooth klaviatura təqdim edib

"Xiaomi" şirkəti "Luofei" adlı orijinal mexaniki klaviatura nümayiş etdirib. O, analoqlarından qeyri-adi tərtibatı ilə fərqlənir.

Son.az chip.az-a istinadən bildirir ki, 306 х 114,5 х 30,6 mm ölçülü klaviaturanın çəkisi 810 qram təşkil edir. "Luofei" qurğusunu komplekt "micro-USB" kabelini qoşmaqla həm simli, həm də "Bluetooth" ilə istifadə mümkündür. Klaviaturanın daxilinə 4 min milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, klaviatura bütün aktual əməliyyat sistemləri - "Windows", "macOS", "iOS" və "Android" ilə uyğunluq təşkil edir.

Yeni qurğu klavişlərin hər birinin unikal rəngə boyanması, eləcə də bütün palitranın dodaq pomadası çalarlarına malik olması ilə seçilir.

Makiyaj üçün lövhə şəklində hazırlanan klaviaturanın dizaynı dairəvi formalı klavişlər sayəsində çap maşınlarını xatırladır.