SpaceX təcili qaçış sistemini sınaqdan keçirdi


Digərləri 23 Yan 2020 22:10:00 128 0

SpaceX təcili qaçış sistemini sınaqdan keçirdi

SpaceX bazar günü Florida ştatının Cape Canaveral Kosmik bazasından Dragon yükdaşımasını həyata keçirib.

Son.az ted.az-a istinadən bildirir ki, Dragon yükdaşıyan gəmisi ilə qaldırılan Falcon 9 raketi astronavtların uçuşu zamanı fövqəladə xilasetmə sistemlərini sınaqdan keçirmək üçün qəsdən partladılıb.

Uğurlu sınağın sonunda Dragon gəmisi Atlantik okeanında əvvəllər təyin olunmuş əraziyə düşüb. Son bir ildə astronavt uçuşlarına başlamaq üçün bir çox vacib sınaqları uğurla başa vuran SpaceX-də "təcili qaçış" son ən böyük sınaq hesab edilir.