Qasım Süleymaninin silahdaşı İranda öldürüldü


Dünya 23 Yan 2020 21:54:00 129 0

Qasım Süleymaninin silahdaşı İranda öldürüldü

Rəsmi İRNA agentliyinin verdiyi məlumata görə, çərşənbə günü İranın cənub-qərbində maskalı silahlılar hərbi təhlükəsizlik qüvvələrinin yerli komandirini, bu yaxınlarda Amerikanın Bağdadda öldürdüyü İran generalı Qasım Süleymaninin silahdaşını qətlə yetirib.

Öldürülən komandir Əbdülhüseyn Mocəddəmi Dərxoyin şəhərində İnqilab Keşikçiləri Qvardiyasının daxili təhlükəsizlik və digər vəzifələri üçün icra edilən Bəsic qüvvələrinə rəhbərlik edirdi.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Mocəddəmi ölkənin neftlə zəngin Xuzistan vilayətindəki qəsəbədəki evinin qarşısında odlu silahla öldürülüb.

İRNA biri avtomat, digəri isə ov tüfəngi ilə silahlanmış motosikletdəkı iki şəxsin Mocəddəmini pusquya salaraq öldürdüyünü bildirib. Digər İran mediasının verdiyi məlumata görtə, silahlı şəxslərin üzlərində maska olub və dörd dəfə atəş açılıb.

Baş vermiş hadisə üzrə araşdırmalar aparılır.