PlayStation 5də yeni versiyasının yer almasını gözlədiyimiz 5 oyun


Digərləri 23 Yan 2020 21:15:00 144 0

PlayStation 5də yeni versiyasının yer almasını gözlədiyimiz 5 oyun

Texnologiya nəhənglərindən olan Sony şirkəti bu ilin sonunda təqdim edəcəyi "PlayStation 5"də köhnə nəsil oyunlar üçün də dəstək verəcəyini açıqlamışdı.

Son.az chip.az-a istinadən bildirir ki, "PS4 Pro"da olduğu kimi, bəzi oyunların yenilənmiş versiyalarına da ev sahibliyi edə bilər. PS5-də yenilənmiş və inkişaf etdirilmiş versiyalarını görməyi gözlədiyimiz 5 oyunu təqdim edirik:

"The Witcher 3: Wild Hunt"

"The Witcher 3" 2015-ci ildə təqdim edilsə də populyarlığını qoruyur. İstər texnikası, istər hekayəsi ilə oyuncuları sehrləyən "The Witcher 3"-ün yenilənmiş qrafikası ilə "PlayStation 5"-də yer alması oyun həvəskarlarını sevindirəcək.

"The Last of Us"

2013-cü ildə istehlaka buraxılan "The Last of Us"ın yenilənmiş versiyası qısa müddət sonra "PlayStation 4" konsolu üçün yayımlanmışdı. Oyun həvəskarlarının "saqqızını oğurlamağı" bacaran oyun "PlayStation 5"in yenilənmiş texnologiyası sayəsində daha realistik hala gətirilə bilər.

"Red Dead Redemption"

"Red Dead Redemption" seriyasının ilk oyunu 2010-cu ildə təqdim ediləndə olduqca populyar idi və heyranlarından böyük dəstək görürdü. Vəhşi qərb mövzusu ilə dünyanı silkələyən, bunu möhtəşəm hekayə ilə bəzəyən "Red Dead Redemption"ın  yenilənmiş versiyası çox istənməsinə rəğmən "PlayStation 4"-də yayımlanmamışdı. "PlayStation 5"-də isə şirkət rəsmiləri əks qərar qəbul etməyə çox yaxındırlar.