Ermənistanda hərbi hərəkətlənmə


Dünya 23 Yan 2020 20:58:00 124 0

Ermənistanda hərbi hərəkətlənmə

Rusiyanın Ermənistandakı aviasiya bazasının hərbi vertolyotlarının gənc pilotları çətin meteoroloji şəraitdə sadə və mürəkkəb aerobatik hərəkətlərin məşqlərinə başlayıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirir ki, vertolyot ekipajları gündüz, zəif görünmə və duman şəraitində, uçuş, hədəfə və yerə yaxınlaşma, şaquli enmə və sair kimi sadə sınaq elementlərini həyata keçirir.

Həmçinin vertolyot ekipajları kəşfiyyat, yerüstü və hava hədəflərinin aşkarlanması və tanınması tapşırıqlarını yerinə yetirəcək, raketlərin və hava bombalarının seçilməsi, uçuşlar zamanı şərti düşmənin birbaşa vurulması məşqlərini icra edəcək.