Bakının taksi xidmətində inqilabi dəyişiklik: gedişhaqqı artacaqmı?


Digərləri 23 Yan 2020 20:49:00 114 0

Bakının taksi xidmətində inqilabi dəyişiklik: gedişhaqqı artacaqmı?

Prezident İlham Əliyev ötən həftə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən ölkədəki taksi xidmətinin hansı səviyyədə olması ilə maraqlanıb.

Ölkə başçısı paytaxt Bakı başda olmaqla, bütün şəhər və rayonlarda taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində vacib tapşırıqlar verib.

Verilən tapşırıqlardan sonra ölkə üzrə taksi xidmətinin təşkil olunması ilə bağlı müxtəlif fikirlər səsləndirilməyə başlayıb. Taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması dəqiq olsa da, bunun hansı şərtlər və meyarlarla tənzimlənəcəyi sual doğrurur. 

Son.az xəbər verir ki, yaranan suallara cavab tapmaq üçün baku.ws Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarovaya müraciət edib. O, açıqlamasında bununla bağlı artıq komissiya yaradıldığını bildirdi:

"Cənab Prezidentin paytaxt Bakı şəhəri və regionlara "Tx5" markalı yeni London taksilərinin 100 ədədinin 3 ay müddətinə gətirilməsi ilə bağlı verdiyi tapşırıq tam həllini tapacaq. Bununla bağlı artıq komissiya yaradılıb. Komissiya ən yaxın zamanda respublika üzrə sərnişindaşıma sahəsi, xüsusilə də taksi xidməti ilə bağlı təhlillər aparacaq və boşluqların həllinə başlayacaq.  

Taksi minik avtomobilləri də sərnişindaşıma fəaliyyətinin bütün digər növləri kimi eyni qanunvericilik aktları ilə tənzimlənir. Bildiyiniz kimi, əvəllər lisenziyalar mövcud idi və bu mahiyyəti üzrə işləmədiyi üçün ləğv olundu. Bunun yerinə isə daha da sadələşdirilmiş bir sistem - taksi və digər sahədə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən daşıyıcı vergi öhdəliyi yaranan fərqlənmə nişanını əldə etməklə bu sahəyə başlaya bilir.