Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb


Digərləri 23 Yan 2020 20:37:00 107 0

Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb

2019-cu ildə Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2018-ci illə müqayisədə 8,95 faiz artaraq 84,767 milyon dollar olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, 2019-cu ilin dekabrında Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 17,16 faiz artaraq 7,583 milyon dollara bərabər olub.

Ümumilikdə 2019-cu ildə Türkiyənin dənli və paxlalı bitki ixracı 2018-ci illə müqayisədə 1,64 faiz artıb və 6,788 milyard dollar təşkil edib.