ABŞ-da vergilər azaldıla bilər


Dünya 23 Yan 2020 20:22:49 124 0

ABŞ-da vergilər azaldıla bilər

ABŞ hökuməti dövlət məsrəflərinin artımını ləngitməklə yanaşı, orta gəlirli təbəqələrin vergi yükünü azaltmaqla bağlı mövcud imkanları araşdırmağa başlayıb.

ABŞ hökuməti dövlət məsrəflərinin artımını ləngitməklə yanaşı, orta gəlirli təbəqələrin vergi yükünü azaltmaqla bağlı mövcud imkanları araşdırmağa başlayıb.

“Report” CNBS-yə istinadən xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunda iştirak edən ölkənin maliyyə naziriSteven Mnuçinmüsahibəsində bildirib.

“Prezident Donald Tramp vergi ixtisarlarının ikinci mərhələsi dediyimiz məsələ ilə məşğul olmağımızı tapşırıb. Bu vergi ixtisarları orta təbəqəni əhatə edəcək, həmçinin iqtisadi artımı təşviq etməyin başqa yollarını da nəzərdən keçiririk”, -Ağ Ev rəsmisi qeyd edib.

Prezident seçkilərinin keçiriləcəyi bu ilvergilərin azaldıla biləcəyi barədə fikirlər ötən il 1 trilyon dollar həddini aşan büdcə kəsiri ilə üst-üstə düşür. Belə ki, ABŞ-ın məcmu dövlət borcu hazırda 23 trilyon dollar həddini keçib.