Ağcabədi gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulub


Sosial 23 Yan 2020 20:00:00 162 0

Ağcabədi gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulub

​Gənclər “könüllü qonaq” təşəbbüsünü bu dəfə Ağcabədidə davam etdirib

Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar.

Bu barədə “Reprot”a Gənclərin İnkişaf və Karyera Mərkəzindən məlumat verilib.

Qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkən gənclər, təmizlik işləri aparıb, həyətdə və bağda səliqə-sahman yaradıb, ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək