Britaniya kraliçası “Brexit” sazişini təsdiqləyib
Digərləri 23 Yan 2020 19:21:35 111 0
Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib.
Bakı.
Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib.
Trend-in məlumatına görə, bununla da Boris Conson hökuməti tərəfindən hazırlanan sənəd qanuni statusunu alıb və krallığın yanvarın 31-də Avropa İttifaqının (Aİ) tərkibindən çıxması üçün bütün əsas mərhələlər başa çatıb.
Bundan sonra sazişin Aİ tərəfindən rəsmiləşdirilməsi üçün daha bir neçə proses həyata keçirilməlidir.
Mənbə: az.trend.az