Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ADU-da olub (FOTO)


Digərləri 23 Yan 2020 19:16:46 143 0

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ADU-da olub (FOTO)

Kamal Abdulla Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ilə görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib, ADU-nun respublikada müxtəlif ölkələrin dil və mədəniyyətlərini tədris edən özünəməxsus universitet olduğunu deyib. Universitetdə tədris olunan dillər haqqında danışan rektor ali təhsil ocağına əməkdaşlıq etdiyi ölkələrdən tələbə və müəllimlərin gəldiyini qeyd edib. O, xüsusi tədris olunmayan rus dilinin özünün tədris dili olduğunu bildirib. Dövlətin dil siyasətində rus dilinin xarici dil kimi tədrisinin mühüm komponent olduğunu deyən akademik, bu dilin tədrisi üçün universitetdə əhəmiyyətli imkanlar olduğunu söyləyib. Rektor, həmçinin rəhbərlik etdiyi universitetdə “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının fəaliyyət göstərməsindən söz açıb. O, Rusiyada fəaliyyət göstərən universitetlərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıqdan və mübadilə proqramlarının, layihələrin həyata keçirilməsindən danışıb. Kitabxananın beynəlxalq məsələlər üzrə direktoru Svetlana Qoroxova səmimi qəbula görə təşəkkürünü bildirib. O, kitabxananın fəaliyyəti haqqında məlumat verib. S.Qoroxova əməkdaşlıqda maraqlı olduqlarını, eyni zamanda qarışılıqlı əməkdaşlığın onların kitabxanasında mövcud olan Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə müsbət təsir göstərəcəyini qeyd edib. Qonaq Kamal Abdullanı kitabxanada multikulturalizm və qarışılıqlı münasibətlərə həsr olunan mühazirələrlə çıxış etməyə dəvət edib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə keçiriləcək layihələr, mübadilə proqramları haqqında müzakirələr aparılıb.